Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Perseverance” roveri Marsın səthində elm dünyasını həyəcanlandıran yeni kəşf edib. Vasitə sentyabrın 13-də çəkdiyi görüntülərdə ağ-qara zolaqları olan maraqlı qaya çəkib.
"Freya qalası" adlanan bu qaya avtomobilin kamerası ilə ətraflı şəkildə araşdırılıb. Diametri 20 santimetr olan bu qaya özünəməxsus qara və ağ zolaqları ilə diqqət çəkir.

Perseverance komandası bildirir ki, əvvəllər bu tip qayaya rast gəlinməyib.
İlkin araşdırmalara görə, süxurun kimyəvi tərkibi haqqında məlumat məhduddur. Bununla belə, xətlərin maqmatik və ya metamorfik proseslər (istilik və təzyiqin təsiri altında süxurların dəyişməsi) nəticəsində meydana gəldiyi təxmin edilir.
Tapılan qayanın ətrafdakı qaya təbəqəsindən fərqli olduğu və bölgəyə başqa yerdən gəldiyi düşünülür. Alimlər qayanın yamaclardan aşağı yuvarlanaraq bura çatması ehtimalını hesab edirlər.
NASA, Perseverance'in qaya tipinin mənbəyini tapmaq üçün yamaclara dırmaşmağa davam edəcəyini və daha ətraflı ölçmələrin edilə biləcəyini ifadə etdi.
Mənbə: Diken.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
