Bu gün:

İribuynuzlular niyə şimala və ya cənuba baxaraq otlayır?


Duisburg-Essen Universitetinin alimləri mal-qaraların Yerin maqnit sahəsindən istifadə edərək şimal-cənub istiqamətində düzüldüyünü aşkar ediblər.

Google Earth peyk şəkillərini araşdıran tədqiqatçılar, dünyanın hər yerində otlayan yüzlərlə mal-qaranın demək olar ki, həmişə maqnit xətləri boyunca düzüldüyünü müşahidə etdilər.

Bu düzülüşün Günəşin mövqeyi və ya küləyin istiqaməti kimi xarici faktorlarla heç bir əlaqəsi olmadığı və mal-qaranın maqnit sahəsindən istifadə edərək naviqasiya etdiyi müəyyən edilmişdir.

Təkcə iribuynuzlu mal-qara deyil, qırmızı maral və cüyür də oxşar maqnit düzülüşü nümayiş etdirdi. Xüsusilə qarlı havada dincələn zaman buraxdıqları izlər araşdırıldıqda bu heyvanların da eyni şəkildə düzüldüyü müşahidə edilmişdir.

Maqnit sahəsinin heyvanlar üçün bioloji funksiyası ola biləcəyi düşünülsə də, bu funksiya hələ tam həllini tapmayıb.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et