Bu gün:

Aralıq dənizindəki adalara insanlar nə zaman yerləşdiriləcək?


 İspaniyanın Mayorka adasında aşkar edilən sualtı körpü adada insanların məskunlaşmasının gözləniləndən xeyli əvvəl olduğunu göstərir.

Genovesa mağarasındakı 7,6 metrlik körpünün üzərində aparılan təhlillər nəticəsində məlum olub ki, körpü təxminən 6000 il əvvəl tikilib. Tədqiqatçılar insanların mağaradan strateji su mənbəyi və ya qida anbarı kimi istifadə etdiklərini irəli sürürlər.

Mağaradakı mineral birləşmələr və rəng zolaqları körpü tikilərkən dəniz səviyyəsinin sabit olduğunu göstərir. Körpünün təxminən 500 il istifadə edildikdən sonra dəniz səviyyəsinin qalxması səbəbindən su altında qaldığı ehtimal edilir.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et