"Titanik", "Terminator" və bütün zamanların ən çox gəlir gətirən filmi Avatar kimi filmlərə prodüserlik edən Oskarlı rejissor Ceyms Kemeron 40 illik karyerasını dəyərləndirib.

Empire ilə danışan usta rejissor, karyerasının dönüş nöqtəsi olan filmdə bəzi səhnələri utancverici gördüyünü etiraf edib.
Mövzusu gələcəkdən gələn kibernetik qatil olan "Terminator" haqqında danışan Ceyms Kemeron: "Bunun şah əsər olduğunu düşünmürəm, bu dəqiqdir"-dedi.
"İndi baxdığım zaman onun olduqca utanc verici hissələri var və elə hissələr var ki, mən düşünürəm ki, "Bəli, biz əlimizdə olan mənbələrlə olduqca yaxşı iş gördük", geriyə baxanda problem sadəcə olaraq istehsal keyfiyyətində idi".
"Dialoqların heç birindən utanmıram, amma deyəsən, yazdığım dialoqla bağlı utanmaq dərəcəm əksər insanlarınkından yüksəkdir"-James Cameron deyib.
Kemeron filmdəki məşhur "Mən qayıdacağam" təhdidinin də yer aldığı dialoqla bağlı, "Bilirsiniz nə var? Siz də ən çox gəlir gətirən 4 filmdən 3-nə sahib olduğunuzu göstərin, onda dialoqların təsirindən danışa bilərik"-dedi.
Ceyms Kemeron, həmçinin Arnold Schwarzenneggerin əvvəlcə xarakter üçün nəzərdə tutduğu görüntüyə uyğun gəlmədiyini də açıqladı.
Məşhur rejissor, "Məncə, bir çox kinorejissorlar, xüsusən də ilk filmlərini çəkənlər özünə inamsızlıq üzündən ağlında olan ideyada çox ilişib qalırlar. Mən fəxr edirəm ki, biz bu qədər ilişib qalmadıq. Bəzən fərqli baxış bucağı ilə baxanda, 40 il istehsal keyfiyyəti baxımından çox yaxşı olan film çəkə bilərdik və insanların təxəyyülünü cəlb edən bu qərarı verməsəydik, bunun heç bir mənası olmazdı"-dedi.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
