Bu gün:

Mercedes loqosunun bilinməyən mənası


Dünyanın ən məşhur avtomobil markalarının loqolarından biri Mercedes-Benz-ə məxsusdur. Ulduza oxşayan bu unikal loqo əslində bir ulduzdan daha çox məna daşıyır. Bəs, bu nüfuzlu brendin loqosu nəyi ifadə edə bilər? Bu, şübhəsiz ki, sadəcə bir ulduz deyil.

 

Dünya avtomobil sənayesinin aparıcı markalarından biri olan Mercedes-Benz, mühəndislik möcüzələri və zərif dizaynları ilə öz sahəsində ən yaxşılarından biridir. Alman mühəndisi Karl Benz tərəfindən 1909-cu ildə hazırlanmış loqoda bir ulduz görünür. Əslində bu ulduz dünyanı təmsil edir.

Loqodakı üç kürə hava, su və torpaqdır. Bu loqonun arxasında hər üç elementə yiyələnən brend dayanır. Çünki Mercedes-Benz təkcə avtomobillər üçün deyil; O, həmçinin təyyarələr və hər növ donanma nəqliyyatı üçün mühərrik istehsal edir.

Mercedes-in loqosunun altında yatan dərin mənadan başa düşə bilərik ki, o, havada, quruda və dənizdə ən güclü markalardan biridir.

Alman monarxiyasının sevimli rənglərindən olan gümüşün Mercedes-Benz loqosunda da üstünlük verilməsinin yalnız bir səbəbi var: Keyfiyyəti vurğulamaq. Sadə, minimalist və yüksək keyfiyyətli iti uclu ulduza oxşayan loqoda sabitlik elementi də nəzərə alınıb.

Bunlardan başqa, bəzi mənbələr loqodakı üçbucağı “keçmiş, indi və gələcək” kimi şərh edir. Keçmiş tarixinə sadiq qalan Mercedes daim irəliləməklə bu şərhi də dəstəkləmiş ola bilər.

Mənbə: webtekno.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et