Dənizə atılan şüşə mesajları həmişə bir sirr və romantika daşıyır. İndiyə qədər tapılan ən qədim şüşə məktubu, təəccübləndirici yazısı ilə tarixin dərinliklərindən danışır. Bəs tarixin ən qədim şüşə məktubunda nə yazılıb?
2018-ci ildə Avstraliyanın Wedge adasının şimalındakı çimərlikdə Tonya İlman bir şüşənin içində 132 illik mesaj olduğu ortaya çıxan bir şeylə qarşılaşıb."O, gözəl və köhnə şüşəyə oxşayırdı, ona görə də kitab rəfimdə gözəl görünəcəyini düşünərək aldım. Oğlumun sevgilisi qumu tökməyə gedəndə orada bir yazı tapdı"- İlman dedi.
"Yazı nəm idi, möhkəm bükülmüş və iplə bağlanmışdı. Biz onu evə aparıb qurutduq və açanda üzərində çox zəif alman yazısı olan çap forması olduğunu gördük".
İlman və əri internetdə bəzi araşdırmalar etdikdən sonra bu tapıntının Alman Dəniz Rəsədxanası tərəfindən aparılan 69 illik sürüşmə şüşəsi təcrübəsinin (okean səthi axınlarını öyrənmək üçün istifadə edilən təcrübə) bir hissəsi ola biləcəyindən şübhələniblər.
Bu şüşələrin içinə qoyulmuş qeydlərdə onların dənizə atıldığı tarix, bunun baş verdiyi yerin koordinatları, gəminin adı və şüşəni tapan şəxsin onu nə vaxt və harada tapıldığına dair məlumatlarla birlikdə Almaniya Hərbi Dəniz Qüvvələri Rəsədxanasına və ya Alman konsulluğuna qaytarılması tələb olunub.
İllmanın tapdığı yazıdakı təfərrüatlar göstərir ki, şüşə 1886-cı ildə Kardiffdən İndoneziyanın Makassara şəhərinə gedən gəmidə tapılıb.
Qərbi Avstraliya Muzeyində və Alman Dəniz Rəsədxanasının hazırkı filiallarında ekspertlər tərəfindən aparılan araşdırmadan sonra kağızın tarixi və əl yazısı müqayisəsi də daxil olmaqla, tapıntının indiyə qədər tapılan ən qədim şüşə məktubu olduğu təsdiqlənib.
Mənbə: m.haberturk.com

Tərcümə etdi: Rəfiqə Rəhimli