Bu gün:

“Ulduzlu Gecə”nin sirri illər sonra açılıb


1889-cu ildə tamamlanan "Ulduzlu Gecə", fırlanan mavi səma, sarı ay və ulduzları ilə Van Qoq tərəfindən valehedici şəkildə təsvir edilmişdir.

Yeni araşdırma əfsanəvi rəssamın atmosferdəki fizika qanunlarını heyrətləndirici dəqiqliklə çəkdiyini ortaya çıxarıb. 

Alimlər rəsmi təhlil edərək Van Qoqun “gizli hava burulğanı” çəkdiyini bildiriblər.

Araşdırmanın həmmüəllifi Yongxiang Huang, fırça vuruşlarının ölçülərini yüksək keyfiyyətli rəqəmsal şəkillərlə ölçdüklərini və onları hava burulğanı nəzəriyyəsi ilə müqayisə etdiklərini söyləyib.

Tədqiqatçılar rəsmdəki fırça vuruşlarını külək bacalarında fırlanan yarpaqlarla müqayisə ediblər. Onlar boya rənglərinin parlaqlığını nisbi miqyasdan və fırça vuruşlarının məsafəsindən hesablayıblar. Onlar əsasən rəsmdəki əsas burulğan formalarının məkan miqyasına xüsusi diqqət yetiriblər.

Araşdırma nəticəsində məlum olub ki, rəsm atmosferin hərəkətini proqnozlaşdıran Kolmoqorov qanunu ilə uyğun gəlir. Alimlər Van Qoqun miqyas və parlaqlıqdan istifadə etməklə atmosfer hava burulğanının və hava hərəkətindəki enerji axınının qaydalarını "dəqiq şəkildə" çəkdiyini bildiriblər.

Tədqiqatçıların fikrincə, əfsanəvi rəssam fizikanın müxtəlif ölçülərini "heyrətləndirici dəqiqliklə" çəkib.

"Van Qoqun hava burulğanını dəqiq təsvir etməsi, buludların və atmosferin hərəkətini öyrənmək və ya səmanın dinamizmini necə tutmaq barədə anadangəlmə hisslərdən irəli gəlmiş ola bilər",- deyə Dr.Huang bildirib.


Mənbə: ntc.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et