Qvatemalada tapılan keramika qablar mayalılar arasında tütün istifadəsinə dair nadir fiziki sübutlar təqdim edir, lakin bir mühüm fərqlə: bu dəfə onlar tütünü udmurlar, əksinə onu içki kimi qəbul edirdilər.

Qvatemala sahillərində aparılan qazıntılar mayaların qurban kəsmə, çimmək və doğuşla bağlı rituallarda tütün dəmlədiyini göstərən misli görünməmiş arxeoloji dəlillər üzə çıxarıb.
Kolumbiyadan əvvəlki El Baul arxeoloji sahəsində Cotzumalhuapada işləyən elm adamları ritual təbəqələrdən (qatlardan) çıxarılan böyük keramika qablar nümunəsində kakao izlərini axtarırdılar. Mayaların Son Klassik dövrünə (e.ə 600-900) aid olan bu gəmilər tütün də daxil olmaqla digər qalıqlar üçün də sınaqdan keçirilmişdir. Təhlil nəticələri gələndə komanda olduqca təəccüblənib. Aparıcı tədqiqatçı Oswaldo Chinchilla Mazariegos deyir ki, maye içmək üçün nəzərdə tutulmuş silindrik qablarda nikotin izləri tapacaqlarını gözləmirdilər.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
