Qədim Roma mühəndisliyinin sənaye miqyasında uğursuzluğu: Britaniyadakı su quyuları Roma sınaqları və səhvlərinin sübutudur. Kembricdəki "təəccüblü şəkildə qorunub saxlanılan" xarabalıqlar mühüm Roma-Britaniya sənaye məskəni üçün ipucu verir.

Romalılar yeraltı istilikdən tutmuş su kəmərlərinə qədər bir çox sahələrdə görkəmli mühəndislər idi. Ancaq yeni bir kəşf onların da bəzi səhvlərə yol verdiyini üzə çıxarır. London Arxeologiya Muzeyinin (Mola) arxeoloqları tərəfindən Kembricdəki bir sahədə eramızın 1-ci əsrində tikilən iki quyu aşkar edilib. Bunlar mürəkkəb dizayn və tikintinin sınaq və səhv proseslərini aşkar edir.
Quyuların birinin içi taxta lövhələrlə, digərinin içərisində isə nərdivan var idi. Quyular orta müasir iki mərtəbəli evin hündürlüyünə bərabər bir dərinlikdə qazılıb. Lakin birinci quyunun tikintisi planlaşdırıldığı kimi getməyib, divarları lazımi şəkildə bərkidilmədiyi üçün tamamlanmaq üzrəykən öz-özünə çöküb. Onların istifadə etdikləri nərdivan bu çökmə zamanı quyuda basdırılıb.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
