Bu gün:

Da Vinçi Flaşı nədir?


Saturn niyə bu qədər böyük görünür? Çünki o, əslində Saturn deyil. Şəkildə gördüyümüz Yerdəki buludların Ayın qarşısından keçməsinin yaratdığı bir illüziyadır. Ayın aypara mərhələsində olan görünən səthinin böyük bir hissəsinin Yerdən əks olunan şüalar səbəbindən şəkildəki kimi göründüyü bu hadisəyə Da Vinçi Flaşı deyirik. Günəş şüalarının Ayı birbaşa aşağıdan işıqlandırmasına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, Günəş üfüqün altındadır və buna görə də bu görüntü günəş çıxmazdan əvvəl çəkilib. Çoxlu pozlama texnikası ilə çəkilmiş kimi görünən bu foto, Ay Günəşin qarşısından keçməmiş və günəş tutulmasına səbəb olmadan əvvəl çəkilib. Bənzərsiz bir mənzərə təqdim edən bu fotoşəkilin ön planında olan Pacaya vulkanının tam arxasına fokuslandığımız zaman Qvatemala kiçik şəhərlərinin işıqlarını görürük.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et