Qarışqaların və insanların cəmiyyət yönümlü davranışları, xüsusilə onların sosial strukturları və şəxsiyyətlərarası münasibətləri uzun müddətdir ki, elm adamlarının diqqətini cəlb edir. Yeni bir araşdırma qarışqaların davranışının nə qədər mürəkkəb olduğuna dair yeni sübutlar təqdim edir.

Tədqiqatçılar qəhvəyi qarışqaların ümumi növü olan Florida dülgər qarışqalarında diqqətəlayiq bir hadisə müşahidə ediblər. Təməl yeni bir araşdırma bu qarışqaların öz növlərindən başqa bir qarışqanın həyatını xilas etmək üçün ayaqlarını amputasiya etdiklərini sənədləşdirdi. Tədqiqatın aparıcı müəllifi və Würzburg Universitetinin davranış ekoloqu Erik Frank deyir: "Bu, heyvanlar aləmində bir növün üzvünün digərinin həyatını xilas etmək üçün bədən hissəsini kəsməsinin ilk nümunəsidir". Bu heyvanlar arasında cərrahi müdaxilənin yeni bir nümunəsini göstərir və misilsizdir. Qarışqa cəmiyyətləri əvvəllər yaralı həmyaşıdlarına qulluq etmək və koloniyanı qorumaq üçün həyatlarını fəda etmək kimi hərəkətlərlə diqqəti cəlb edir.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
