Bu gün:

Pişiklər də bizim kimi kədərlənirlərmi?


Yeni bir araşdırma, evdə başqa bir heyvanın (pişik və ya it) ölümündən sonra pişiklərin necə reaksiya verdiyini öyrənmək üçün 400-dən çox pişik sahibi arasında sorğu keçirdi.

Sorğunun nəticələri göstərdi ki, pişiklərin davranışı kədərli insanın reaksiyalarına bənzəyir.

Tədqiqata qatılan pişik sahibləri ölən heyvanla müsbət münasibəti olan pişiklərdə oynamaq, yatmaq və yemək kimi vərdişlərin azaldığını bildiriblər.

Bu reaksiyalar çox vaxt kədərli davranışlarla əlaqələndirilir. Üstəlik ölən heyvanla uzun müddət yaşayan pişiklərin sahiblərinə daha çox qayğı göstərdiyi də müşahidə edilib.

Daha acınacaqlı bir nəticə o idi ki, çox kədərli olan pişiklərin daha çox yatmaq, yalnız vaxt keçirmək və daha çox gizlənmək kimi davranışları çoxalmışdır. 

Pişiklər yalnız itirdiyi dostlarına deyil, həm də sahiblərinin kədərinə həssas ola bilər.

Bununla belə, tədqiqatçılar onu da qeyd edirlər ki, insan duyğularını heyvanlara aid edərkən ehtiyatlı olmaq lazımdır. Məsələn, pişiklər daha az oynaya bilər, çünki artıq onlarla oynayacaq dostları qalmamış ola bilər.

 Bu araşdırma pişiklərin düşünüldüyü qədər soyuq və laqeyd olmadığına dair yeni fikirlər ortaya qoyur.

Bəlkə də pişiklər düşündüyümüzdən daha həssasdır.

Mənbə: onedio.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et