Bu gün:

“Squid Game” plagiat serialıdır?


Netflix-in məşhur serialı “Squid Game” dünyanın ən çox sevilən seriallarından biridir. Hazırda serialla bağlı plagiat söz-söhbətləri gəzir.

İndependent-in məlumatına görə, hindistanlı kinorejissor Netflix-i məhkəməyə verərək, “Squid Game” in onun 2009-cu ildə çəkdiyi “Luck” filmini təqlid etdiyini iddia edib. Lakin rəqəmsal yayım platforması bu iddianın yalan olduğunu bildirib.

Rejissoru Soham Şah olan film, yeraltı dünyasının padşahı, dünyanın hər yerindən qumarbazların onlara mərcə gəldikləri üçün, "Şans" faktorunu sınamaq üçün hazırlanmış bir sıra yarışlarda iştirak etmək üçün dünyanın hər yerindən "Uğur" lu insanları işə götürməsindən bəhs edir.

Bloomberg-in məlumatına görə, rejissor Şah iddia ərizəsində bildirir ki, “Squid Game” in əsas hekayəsi, mövzusu və süjeti “Luck” filmi ilə oxşarlığı heç də təsadüfi deyil.

Netflix isə bu iddianın heç bir əsasının olmadığını və “Squid Game” in yaradıcısı Hwang Dong-hyuk tərəfindən yazıldığını müdafiə etməkdə qərarlı olduqlarını bildirir.

Mənbə: onedio.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et