Bu gün:

Dünyanın ən böyük çiçəyi hansıdır?



Dünyanın ən böyük çiçəyi Rafflesia arnoldii-dir. Diametri 10 fut-a qədər böyüyür və 15 kiloqrama qədər çəkir. Ona "Cəsəd çiçəyi" də deyilir.

Rafflesia arnoldii İndoneziyanın tropik meşələrində rast gəlinən nadir bitkidir. Bu bitkinin görünən kökləri, gövdələri və yarpaqları yoxdur. Yaşamaq üçün lazım olan qida və suyu əldə etmək üçün ev sahibi bitkiyə bağlandığı üçün ona parazitar bitki deyilir. Rafflesia arnoldii çiçək açdıqda, çürüyən əti xatırladan son dərəcə iyrənc bir qoxu buraxır. Bu kəskin qoxu bitkiləri tozlandırmaq üçün lazım olan həşəratları cəlb edərək növlərin daha da yayılmasına şərait yaradır.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et