Bu gün:

Günəbaxan niyə günəşə baxır?



Günəbaxanların niyə günəşi izlədiyini heç kim bilmir, lakin elm adamları çiçəklənmənin tozlanma şansını artıra, çiçəyin udduğu istilik miqdarını artıra və ya günəbaxan toxumlarının yetişməsini sürətləndirə biləcəyindən şübhələnirlər. Günəbaxanın kökdəki hüceyrələri fərqli olaraq eyni sürətlə hərəkət edirlər. Bitkinin sağ tərəfindəki hüceyrələr sürətlə böyüdükdə, çiçəyin başı əks istiqamətə əyilir.

Günəbaxanlar günəşə baxmaq vərdişləri ilə yanaşı, iri çiçək başları və hündür boyları ilə də məşhurdurlar. Ancaq günəbaxan başının yuxarı hissəsindəki böyük hissə tək bir çiçək deyil. Çiçək başı adlanan bu quruluş yüzlərlə və ya minlərlə fərdi çiçəkdən ibarətdir. Tozlanmadan sonra hər bir çiçək toxuma çevrilir. Ən böyük günəbaxan başlarının diametri 32 düymdən çox ola bilər. İndiyə qədər qeydə alınmış ən yüksək günəbaxan hündürlüyü 25 futdan çox idi.

Günəbaxan bitkiləri Şimali Amerikada vəhşi şəkildə böyüyür, lakin fermerlər yabanı həmkarlarından fərqli becərilən növlərdən istifadə edirlər. Mədəni sortlar yabanı bitkilərə nisbətən çiçək başına daha çox toxum verir, hər bitkidə yalnız bir baş olur, yabanı bitkilər isə hər bitkidə 20 başa qədər ola bilər.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et