Bu gün:

Qocalma prosesini əksinə çevirən dəniz canlısı kəşf edilib


Elm dünyası qeyri-adi bir kəşflə üz-üzədir. Mnemiopsis leidyi, digər adıyla “dəniz qozu”, qocalmanı geri qaytara bilən dəniz canlısı kimi tanınır. Kifayət qədər qida olmadıqda və ya müdafiəsiz qaldıqda sürfə formasına qayıda bilən bu canlı yenidən böyüyüb çoxalma qabiliyyətini bərpa edə bilir.

Yeni kəşf edilən bu dəniz canlısı şəffaf quruluşu ilə diqqət çəkir. Ancaq bu canlının ən maraqlı xüsusiyyəti qocalma prosesini tərsinə çevirə bilməsidir. Kifayət qədər qida olmadıqda və ya zədələndikdə, bu canlı sürfə formasına qayıdaraq özünü yeniləyir və kritik qida ehtiyacını qarşılamaq üçün bu prosesdən istifadə edir.

Dəniz qozunun sürfə formasında qida tutmaq üçün istifadə olunan iki uzun bığcığı var. Yetkin formada olanda bu bığcıqlar yox olur, lakin sürfə formasına qayıtdıqda bu qabiliyyətini yenidən bərpa edir. Kifayət qədər qida tapdıqda, təkrar yetkin formasına qayıdıb çoxalma qabiliyyətinə çatır.

Elmi araşdırma “dəniz qozu” nun bu qeyri-adi qabiliyyətə malik üçüncü heyvan növü olduğunu ortaya qoyur. Digər iki növ ölümsüz meduza (Turritopsis dohrnii) və öküz soliteri (Echinococcus granulosus) kimi tanınır. Dəniz qozunun qocalmanı geri qaytarmaq qabiliyyəti onun böyümə və inkişaf prosesini birbaşa idarə edə bildiyini göstərir.


Mənbə: cumhuriyet.com.tr

Tercim etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et