Bu gün:

Niyə klaviatura əlifba sırası ilə deyil?


Müasir klaviatura əlifba sırası ilə düzülməyib, çünki milyonlarla istifadəçi düymələrin yuxarı cərgəsindəki ilk altı hərfin adını daşıyan QWERTY klaviatura tərtibatını öyrənib. QWERTY tərtibatının əlifba sırası deyil, inkişafının səbəbi müzakirə edilir, lakin iki əsas nəzəriyyə izahat kimi qəbul edilib.


 Ən məşhur izahat, açarların yerləşdirilməsinin yazı maşınlarını yavaşlatmaq üçün nəzərdə tutulduğunu iddia edir, çünki ilk yazı maşınının mexaniki dizaynı düymələrin və komponentlərin ilişib qalması ilə nəticələnirdi. Son bir nəzəriyyə iddia edir ki, QWERTY tərtibatı Morze kodu qəbuledicilərini asanlaşdırmaq üçün nəzərdə tutulmuşdur, çünki teleqrafdan gələn kodları tərcümə edərkən əlifba düzümü qeyri-adekvat idi.

1868-ci ildə Christopher Latham Sholes tərəfindən patentləşdirilmiş ilk klaviaturada əlifba sırası ilə düzülmüş düymələr var idi. QWERTY klaviaturasının ilk sənədləşdirilmiş görünüşü 1878-ci ildə Sholes-ə verilmiş ABŞ Patenti 207,559-da tapılıb.

 Sholes və onun tərəfdaşları ilk kommersiya yazı makinasını istehsal edən Remington & Sons üçün yazı makinasını və klaviaturanı hazırlayıblar. 1893-cü ildə Remington və digər dörd böyük yazı makinası istehsalçıları, Caligraph, Yost, Densmore və Smith-Premier, Union Typewriter Company-ni yaratmaq üçün birləşdilər və QWERTY tərtibatını standart olaraq qəbul etməyə razılaşdılar.

Mənbə : 411answers.com 


Tərcümə etdi : Günay Ələskərova 

Paylaş
Şərh əlavə et