Türkiyədə Hıdrellez festivalı mayın 5-dən 6-na keçən gecə qeyd olunur. Hıdrellez Ruz-ı Hızır (Hızır Günü) kimi də tanınır.
Mayın 6-dan noyabrın 7-nə kimi başlayan dövr Hızır günləri adlanan yay mövsümünü, noyabrın 8-dən 5-ə qədər olan dövr isə noyabrın 5-i və 6-sı Kakava festivalı adı ilə qeyd olunan qış mövsümünü təşkil edir. Ədirnə kimi şəhərlərdə Kakava Festivalları keçirilir.
Miladi təqvimlə mayın 6-na təsadüf edən Hıdrellez, Rumi təqvimi olaraq da bilinən köhnə Julian təqviminə görə 23 apreldir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Hıdrellezi 2017-ci ildə “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edib. UNESCO sənədində “Bahar şənliyi” olaraq təyin olunan Hıdrellezin namizədliyini keçmiş Yuqoslaviya Respublikası Makedoniya və Türkiyə tərəfindən irəli sürüldüyü bildirilir. UNESCO əlavə edir ki, bu bayram Türkiyədə “Hıdırellez, Hızır-İlyas, Ederlezi, Kakava, Haftamal, Eğrilce, Eğrice” adları ilə qeyd olunur. Sənəddə “Hıdrellez” sözünün “Hıdır” və “İlyas” sözlərindən əmələ gəldiyi və onların hər il mayın 6-da yer üzündə görüşən, torpağı, suyu qoruyan, insanlara yardım edən müqəddəs insanlar olduğuna inanıldığı bildirilir.
Hıdırellezin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bunlardan bəziləri Hıdırellezin Mesopotamiya və Anadolu mədəniyyətlərinə aid olduğunu göstərir; Bəziləri onun İslamdan əvvəlki Orta Asiya türk mədəniyyətinə və inanclarına aid olduğunu deyirlər. Arzu tutmaq və odun üstündən tullanmaq bayramlar zamanı ən çox görülən işlərdəndir.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
