Bu gün:

Aydakı adam


Heç ayda insan görmüsünüzmü? Bu sual əslində pareidoliya ilə bağlıdır.

Təkcə qərbdə deyil, həm də Yer kürəsinin bütün tarixi boyu müşahidə edilən tam ayın səth quruluşu bir çox simvolik obyektləri əks edib. "Aydakı qadın" və "Aydakı dovşan " Ayın müşahidə olunan tərəfindəki tipik nümunələridir. 

Ümumilikdə "Aydakı adam" kimi tanınan üz təsviri Ayın mərkəzindən bir qədər yuxarıda, Ay dənizləri "Ay maria" kimi təsvir edilən iki qaranlıq dairəvi sahəni gözlər kimi təsəvvür etməklə başlayır. Maraqlıdır ki, bu görüntüdə, əslində, teleskopu ilə Ayın qarşısında dayanan bir adamın silueti var. Bu yaxşı planlaşdırılmış kadr İspaniyanın Madrid şəhərindəki Cadalso de los Vidriosda çəkilib.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et