İstər dəniz kənarında, istərsə də qayıqda müşahidə etsəniz, nəticə dəyişmir: Dəniz az da olsa, həmişə dalğalıdır. Bəs niyə dənizdə dalğalar var? Dalğa necə yaranır?
Dalğalar enerjinin bir yerdən digər yerə hərəkəti nəticəsində yaranır. Üstəlik, dairəvi hərəkət edirlər. Daha aydın desək, dalğalar sudan keçən enerjinin dairəvi hərəkəti nəticəsində yaranır.
Su dalğalarda hərəkət etmir. Çünki dalğalar nəhəng okeanlar boyunca suyu deyil, enerjini itələyir. Bir maneə ilə qarşılaşmasalar, sahilə vurana qədər davam edirlər.
Dənizdə niyə dalğalar var?
Dalğalar külək tərəfindən yaranır. Bu dalğalar səth dalğalarıdır. Külək və okean səthi arasındakı sürtünmə dalğaların əmələ gəlməsinə səbəb olur. Təbii ki, küləyin gücündən asılı olaraq göllərdə, dənizlərdə və ya okeanlarda müxtəlif ölçülü dalğalar yaranır.
Bildiyiniz kimi, böyük qasırğalar nəhəng dalğaların xəbərçisi ola bilər! Dənizdə baş verən və dərin suları hərəkətə keçirən güclü tufanlar və qasırğalar fırtına dalğalarına səbəb olur. Günəş və Ayın Yerdəki cazibə qüvvəsi dalğalara səbəb ola bilər. Bunlar "gəlgit" dalğalarıdır.
Suyun altından böyük bir su kütləsini aktivləşdirməyə imkan verən güclü enerjilər: zəlzələlər, vulkan püskürmələri və sürüşmələr. Belə sualtı fəlakətlər böyük miqdarda suyun sürətlə yerdəyişməsinə səbəb olur və böyük qüvvə ilə dağıdıcı təsirlərə səbəb ola bilər. Biz bəşəriyyət tarixində dəfələrlə fırtına dalğalarının və sunamilərin dağıdıcı təsirlərini görmüşük.
Mənbə: onedio
Tərcümə etdi: Aytac Musayeva
