Böyük şəhərlərdə bir fincan qəhvənin qiyməti günü-gündən artır. Dünyanın ən böyük qəhvə istehsal edən bölgələrində iqtisadi və ekoloji amillər buna cavabdehdir. İqlim böhranı səbəbiylə qəhvə istehsalı illər keçdikcə azala bilər, nəticədə yaranan paxla qıtlığı ilə alıcılar tez-tez hazır qarışıqlarda istifadə edilən Robusta paxlasının əsas istehsalçısı Vyetnam kimi ölkələrə üz tuturlar. Lakin oradakı fermerlər bölgənin demək olar ki, on ildə gördüyü ən pis quraqlıqla da üzləşiblər. Vyetnamın Ho Chi Minh şəhərindən olan qəhvə məsləhətçisi Will Firth-in sözlərinə görə, iqlim dəyişikliyi qəhvə bitkilərinin inkişafına təsir edir, bu da öz növbəsində paxla məhsuldarlığına təsir göstərir.
Qoxusuna görə Tailand, Yaponiya, Sinqapur və Honq Konqda ictimai nəqliyyatda qadağan edilən meyvə Çində populyarlaşır. Vyetnamlı fermerlər də bu inkişaf edən bazardan pul qazanmaq üçün qəhvə əvəzinə durian istehsal edirlər. Vyetnamın Çindəki durian bazar payı 2023-2024-cü illər arasında təxminən iki dəfə artıb, bəziləri məhsulun qəhvədən beş dəfə daha gəlirli olduğunu təxmin edir. Beynəlxalq Qəhvə Təşkilatının məlumatına görə, Robusta qəhvəsinin ixracı iyun ayında bir il əvvəllə müqayisədə 50 faiz azalıb və ehtiyatlar indi "demək olar ki, tükənib". Ancaq qəhvə istehsal edən sahələr azalır.
Croce-nin sözlərinə görə, dünya qəhvəsinin üçdə birini istehsal edən Braziliyada qarşıdan gələn yaz məhsulu səbirsizliklə gözlənilir. Lakin yağış az olarsa, bu o deməkdir ki, gələn il məhsul üçün məhsuldarlıq proqnozları aşağı olacaq və bazar stressi davam edəcək. Uzunmüddətli perspektivdə iqlim dəyişikliyi qlobal qəhvə sənayesi üçün ciddi problemlər yaradır. 2022-ci ildə aparılan bir araşdırma, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldılsa belə, qəhvə yetişdirmək üçün optimal sahənin 2050-ci ilə qədər 50 faiz azala biləcəyi qənaətinə gəlib.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
