
Yeniyetməlik qızlarda təxminən 10, oğlanlarda isə 12 yaş civarında başlayan və orta hesabla 3-5 il davam edən dövrdür.
Yeniyetməlik dövrü uşaqların, eləcə də valideynlərin həyatında çox mühüm dönüş nöqtəsidir. Uşaqlarının “gənc qızlar” və “gənc kişilər” kimi cəmiyyətdəki yeni rollarına doğru atdıqları bu ilk addımda tez-tez yaşadıqları fiziki və psixoloji dəyişikliklər onlarda bir çox aspektlərdə mütəxəssis məsləhətinə ehtiyac hiss etdirir. Yeniyetməlik qızlarda təxminən 10, oğlanlarda isə 12 yaş civarında başlayan və orta hesabla 3-5 il davam edən dövrdür. Yeniyetməlik dövründə cinsi və fiziki inkişaf 5 ildə tamamlandığı halda, psixoloji inkişafı da əhatə edən dövr 18-20 yaşlarında tamamlanır.
Erkən yetkinlik dövrü
Erkən cinsi yetkinlik oğlanlarda 9 yaşına qədər, qızlarda isə 8 yaşına qədər süd vəzilərinin inkişafıdır. Ailələr bu yaşlara diqqət yetirməlidirlər. Xüsusilə, oğlanlarda erkən yetkinlik müşahidə olunursa, daha da şübhə ilə yanaşmaq lazımdır. Əsas səbəblər nevroloji sistemi, yumurtalıqları, testisləri və ya böyrəküstü vəziləri əhatə edən ciddi bir xəstəlik ola bilər. Son tədqiqatlar göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-da erkən yetkinlik 14 faizə yüksəlib. Erkən yetkinlik sənaye üsulu ilə hazırlanmış qidalar, hormon ehtiva edən qidalar yemək, hərəkətsizlik səbəbiylə piylənməyə meyllilik və bəzi hormonal xəstəliklər (yumurtalıq və ya qalxanabənzər vəz xəstəlikləri), beyin şişləri və ya nevroloji sistem xəstəlikləri kimi səbəblərdən meydana gələ bilər.
Mənbə: Acibadem
Tərcümə etdi: Sevil Azər
