Bu gün:

18 qızılgül nəyi bildirir?


18 qızılgüldən ibarət bir buket, alanın verənin gözündə gözəl qaldığını göstərir. Seçilən güllərin sayı və rəngi müxtəlif mənaları simvollaşdıra bilər.

Güllər çox vaxt dostlar və romantik cütlüklər arasında hədiyyə olaraq verilir. İnsan bəzən qızılgüllərin sayına da diqqət edib, mənasına uyğun hədiyyə edir. Məsələn:

1 qızılgül: İlk baxışdan sevgi.

3 qızılgül: Mən səni sevirəm.

13 qızılgül: Gizli bir pərəstişkarınız var.

15 qızılgül: Bağışlayın.

24 qızılgül: 24 saat səni düşünürəm.

101 qızılgül: Sən mənim yeganə sevgimsən.

Qızılgüllərin sayından əlavə, seçilmiş qızılgüllərin rənginin də mənası var. Məsələn:

Qırmızı qızılgül: Bu qızılgül ehtiras və səmimi sevgini simvollaşdırır.

Sarı qızılgül: Sarı güllər çox vaxt dostlara verilir.

Ağ qızılgül: Ağ qızılgül saflığı simvollaşdırır və toylarda tez-tez istifadə olunur.

Çəhrayı qızılgül: Çəhrayı qızılgüllər zərifliyi və şirinliyi simvollaşdırır.


Mənbə: 411answers

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et