Bu gün:

Su bidonları niyə mavidir?


Əsas ehtiyaclarımız arasında ən önəmlisi şübhəsiz sudur. Evə su sifariş etdikdə və ya hər hansı bir yerdən almaq istədikdə daha uzun müddət istifadə edə bilməyimiz üçün qablaşdırılmış suya üstünlük veririk.

Su bidonunun markasından asılı olmayaraq, onun rəngi heç vaxt dəyişmir. Bəs onların mavi rəngdə istehsal olunmasının səbəbi nədir?

Su bidonlarının mavi rəngdə istehsal edilməsinin ilk və ən önəmli səbəbi suyu günəş işığından daha uzun müddət qorumaqdır. Digər bütün rənglər günəş işığını daha çox udduğu halda, mavi rəng daha az günəş işığını udur, ona görə də su bidonu istehsalında mavi rəngə üstünlük verilir.

Şəffaf və ya müxtəlif rənglərdə istehsal etmək əvəzinə mavi rəngdə istehsal edilən su bidonları suyun günəşin zərərli şüalarından qorunmasında və təravətinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir.


Mənbə: ensonhaber.com

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et