Yerin öz oxunda əyilməsi fəsil dəyişikliyinə səbəb olur və yay günlərinin qış günlərindən niyə uzun olduğunu izah edir. Günəş bəzi nöqtələrdə digərlərinə nisbətən daha yaxın olur. Gündüzlərin və gecələrin uzunluğunu müəyyən edən Yerin öz oxuna istiqamətlənməsidir.

Ellips dairədən çox oval formadır. Şimal yarımkürəsində yayda Yer orbitində ellips olduğuna görə Günəşdən daha uzaqda olur, lakin Yerin əyilmə bucağı yarımkürəni Günəşə doğru istiqamətləndirir və bu da günləri daha uzun edir. Günəşin bucağı da yayda qışa nisbətən daha yüksəkdir. Qışda Yerin orbiti onu Günəşə yaxınlaşdırır, lakin Yerin oxu şimal yarımkürəsində günləri qısaldır. Yaz gündönümü yazın ilk gününü və ilin ən uzun gününü qeyd edir. Bunun səbəbi, Şimal qütbünün Günəşə qışın digər gününə nisbətən daha yaxın olmasıdır. Şimal qütbünün Günəşdən ən uzağa əyildiyi qış gündönümündə bunun əksi doğrudur.
Mənbə: 411answers.com
Tərcümə etdi: Aysel Aslanova
