Selena Qomez, Taylor Svift və Rihanna kimi adların yer aldığı milyarderlər siyahısına daxil olmağı bacarıb. "Bloomberg"in cümə günü "milyarderlər indeksi"nə əlavə etdiyi bu məşhur adın sərvəti 1,3 milyard dollara çatıb.

Selena Qomezin sərvətinin böyük hissəsinin beş il əvvəl qurduğu və 1 milyard dollardan çox dəyərə sahib olan “Rare Beauty” adlı gözəllik şirkətindən gəldiyi düşünülür. Sosial mediada yayılan maye ənlik və dodaq boyaları ilə tanınan Rare Beauty-nin fevral ayına qədər keçən 12 ayda 400 milyon dollar satış etdiyi bildirildi.
"Bloomberg"ə görə, Gomez, həmçinin Louis Vuitton, Coach və Puma kimi brendlərlə razılaşmalardan on milyonlarla dollar qazanıb. Həmçinin bildirilir ki, ulduz Hulunun hit serialı "Only Murders in the Building" filmindəki Emmi roluna namizəd olduğuna görə mövsüm başı ən azı 6 milyon dollar qazanır.
Teksas əsilli Qomez əslində karyerasına uşaq ulduz kimi başlamış və təxminən otuz ildir ictimaiyyətin diqqətində olmuşdur. Ulduz sosial mediada tez-tez bipolyar pozğunluqdan otoimmün lupus xəstəliyinə, necə geyindiyindən sevgililərinə qədər bir çox mövzu ilə gündəmdə olsa da, müvəffəqiyyət pillələrini əzmlə atmağa davam edir.
Müğənni, aktrisa və sahibkar Qomez keçən il Instagram-da dünyanın ən çox izləyicisi olan qadın olub. Onun hazırda platformada Taylor Swift və Kylie Jenneri geridə qoyaraq 424 milyondan çox fanatı var.
Mənbə: Diken.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
