Bu gün:

Tanımadığımız birini yuxuda görə bilərikmi?


Xəyallar insanın şüuraltısı tərəfindən formalaşan zehni təcrübədir. Bəzən real həyatdan ayırd edə bilmədiyimiz yuxular özümüzü fantastik bir romanın içindəymiş kimi hiss etdirə bilər. Yuxulardakı üzlər, mühitlər və digər elementlər bəzən bizə çox tanış görünsə də, olduqca yad ola bilər. Yaxşı, yuxularımızda indiyə qədər görmədiyimiz üzləri görə bilərikmi?

Bu suala cavab tapmaq düşündüyünüzdən də çətindir. Bu çətinlik bir neçə səbəbdən yaranır:

Birinci səbəb, görülən yuxuların aydın olmamasıdır. Yəni yuxuda gördüyümüz insanların üzünü aydın şəkildə ayırd etmək çətindir. 

Digər səbəb isə yaddaşımızın yuxularla bağlı hissəsinin müvəqqəti olmasıdır. İlk oyandığınız zaman çox aydın şəkildə xatırladığınız yuxuları bir neçə dəqiqə ərzində unutmağınızın səbəbi əslində budur. Bir şeyi unutduğunuz zaman beyniniz yaddaşınızdakı boşluqları artıq bildiyiniz şeylərlə doldurur. Ona görə də anlaya bilmirsən ki, xatırladığın şeylər gerçəkdir, yoxsa köhnə xatirələrin izi. 

Üçüncü səbəb isə real həyatda yüzlərlə sifətlə qarşılaşmağımızdır. Ailə üzvləri, iş və məktəb dostları, televiziya xadimləri bizə tanış görünsələr də, yolda yanından keçdiyimiz onlarla insanı, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və digər insanların sıx olduğu yerlərdə gördüyümüz insanları heç vaxt tanımırıq. Bu insanlar bizə yad görünsələr də, üzləri beynimiz tərəfindən tanınır və yaddaşımıza işlənir.

Bütün bu səbəblərə görə yuxularımızda daha əvvəl görmədiyimiz bir üzü görə bilməyəcəyimizə qəti bir cavab ola bilməz.

Mənbə: bilimup 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et