Bu gün:

Ən pis xərçəng növü hansıdır?


Ağciyər xərçəngi hər il daha çox insanın ölümünə səbəb olsa da, mədəaltı vəzi xərçəngi ümumi proqnozuna görə ən ölümcül xərçəng növü hesab olunur.

Ağciyər xərçəngi ABŞ-da hər il 150.000-dən çox insanın ölümünə səbəb olur. Bununla belə, NBC News hesabatında qeyd edildiyi kimi, bu, ilk növbədə tütün məmulatları çəkənlərin yoluxduğu bir növdür.

Digər tərəfdən, mədəaltı vəzi xərçəngi hər kəsi tuta bilər. ABŞ-da hər il 37 000-dən çox insan mədəaltı vəzi xərçəngindən ölür ki, bu da ölkədə ağciyər, kolon və döş xərçəngindən sonra bütün xərçəng növlərinin dördüncü aparıcı xəstəliyi kimi hesab edilir. Daha da pisi, mədəaltı vəzi xərçəngi diaqnozu qoyulanların təxminən 95 faizi dünyasını dəyişir. Patrick Swayze və Steve Jobs da daxil olmaqla bir çox məşhurun mədəaltı vəzi xərçəngindən vəfat etməsi ictimaiyyəti bu xəstəlikdən daha çox məlumatlandırır. Buna baxmayaraq, mədəaltı vəzi xərçəngi döş və ağciyər xərçəngi də daxil olmaqla digər xərçəng növləri ilə müqayisədə müalicə üçün daha az xərc tələb edir.

"A Living Healthy 360" məqaləsində I ştatlı mədəaltı vəzi xərçəngi diaqnozu qoyulanların xəstəlikdən sağ qalma şansı 37 faiz, IV pankreas xərçəngi diaqnozu qoyulanların isə xəstəlikdən sağ qalma şansı 1 faizdir.


Mənbə: 411answers

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et