Bu gün:

Bir insan həyatı boyu neçə dil öyrənə bilər?


Dünya əhalisinin yarıdan çoxu birdən çox dildə danışa bilir, lakin yalnız 1%-i beş və ya daha çox dildə sərbəst danışa bilən “poliqlot” hesab olunur. Bəs insan beyni neçə dil öyrənə bilər?

Tarixə nəzər saldıqda demək olar ki, dillərə hakim olan şəxsləri görürük. Məsələn, 38 dildə sərbəst danışa bilən italyan Kardinal Cüzeppe Kaspar Mezzofanti və ya 200 dil bildiyini iddia edən Honq Konq qubernatoru Ser Con Bourinq.

Ancaq bu iddiaların bir çoxu heç vaxt tam sübut olunmayıb və tarix boyu sadəcə şişirdilmiş hekayələr də ola bilər.

Nəzəri olaraq, insan beyninin neçə dil öyrənə biləcəyi ilə bağlı dəqiq bir limit yoxdur. Lakin dilin bütün incəliklərini tam öyrənmək çox çətin prosesdir.

Dil öyrənilməsində kəmiyyətdənsə keyfiyyət daha çox əhəmiyyət kəsb edir: Yüzlərlə dili kökündən öyrənmək, yoxsa bir neçə dili dərindən başa düşmək daha çətindir?

MIT-də aparılan araşdırmada poliqlotların beyinləri nəzərdən keçirilib və nəticələr maraqlı olub. Birdən çox dildə danışan fərdlər hansı dili dinləmələrindən asılı olmayaraq eyni beyin bölgələri aktivləşir, lakin ana dilini eşitdikdə bu fəaliyyət səviyyəsi digər dillərə nisbətən çox aşağı olur.

Beyin ana dilini istifadə etdikdə daha az səy tələb edir, çünki bu dili istifadə edərək keçirilən illər beynin bu dildə ixtisaslaşmasına səbəb olur.

Dillər təkcə ünsiyyət vasitəsi deyil, həm də beyin sağlamlığına kömək edir. 2020-ci ildə edilən bir araşdırma, çoxdilli olmağın Alzheimer xəstəliyinin başlanğıcını gecikdirə biləcəyini göstərib.

Yeni bir dil öyrənmək demensiyanı dayandırmasa da, beyin dövranlarını gücləndirir və yaşlandıqca sizi daha fit saxlayır.


Mənbə: Onedio

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et