Bu gün:

İnsanlar niyə alqışlayır?


Tamaşalarda təşəkkür etmək üçün alqışlama davranışının nə vaxt ortaya çıxdığı dəqiq bilinmir. Alqış Müqəddəs kitabda ibadət və ya sevinc göstərmək üçün bir neçə dəfə xatırlanır. Qədim Misirdə insanların bu məqsədlə əl çaldığını düşünmək olar.

Bununla belə, görünür, teatr tamaşalarına və ya çıxışlara alqışlar yalnız Qədim Roma dövründə yaranıb. Qədim Roma liderlərinin nəzərində alqış sosial mediada alınan bəyənmələrin sayı və ya bəyənmə sorğuları kimi populyarlığı hesablamağa kömək edən səsli ölçmə vasitəsi idi. İmperator (Tiberius) Neronun teatr səhnəsindəki çıxışlardan sonra alqışlamaq üçün 5 min əsgərə pul payladığı məlumdur. 

Alqışlamaq çox sadə bir hərəkətdir. Araşdırmalar göstərir ki, körpələr yalnız bir yaşında bilərəkdən əl çalmaq koordinasiyasına malikdirlər.

Çox səy göstərmədən əl çalmaqla yüksək səslər çıxarmaq mümkündür. Crawley-ə görə, alqış səsimizdən istifadə etmədən istehsal edə biləcəyimiz ən yüksək akustik gücə malikdir. Məsələn, əllərinizlə budlarınıza və ya bədəninizin başqa bir hissəsinə vurduğunuz zaman səs-küy gücü nisbəti azalır

İcarəyə götürülən alqışçılar anlayışı 1500-cü illərdə bir fransız şairinin dinləyicilərə gurultulu alqışlar üçün pulsuz bilet təklif etməsi ilə geri qayıdıb. Bu peşəkar pullu alqışçılar iki əsr ərzində ölkədə bir çox tamaşalarda iştirak edərək tamaşaçıların coşğulu alqışlarına səbəb olublar. Bəzi tədqiqatçılar təklif edirlər ki, alqışların təqdir nümayişi olmaqdan başqa, məqsədləri də var. Məsələn, tamaşaçılar ritual hadisə zamanı müəyyən keçidlərdə xüsusi olaraq alqışlayırlar.

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et