
Yarım il ərzində Yerin şimal yarımkürəsi günəşə doğru çevrilir. Yay gündönümü, şimal yarımkürəsinin günəşə ən çox meyl etdiyi gündür. Bu il Şimal yarımkürəsində yay gündönümü 20 iyun cümə axşamına təsadüf edir. Bəziləri üçün yay gündönümü yazın başlanğıcını və isti günlərin gəlişini qeyd edir. Bəziləri üçün bu, bayram vaxtıdır. Şimal yarımkürəsində iyun ayına düşən yay gündönümü ilin ən uzun günü deməkdir. Başqa sözlə, ilin ən parlaq günüdür.
Yerin müxtəlif hissələrinə çatan günəş işığının miqdarı il boyu dəyişir. Yay gündönümü hər il 20-22 iyun tarixləri arasında baş verir. Artıq demək olar ki hər il (məsələn, 2024) iyunun 20-nə düşür. Bunun səbəbi, təqvim ilinin Yerin Günəş ətrafında orbitini tamamlaması üçün lazım olan vaxta tam uyğun gəlməməsidir. Yerin əyriliyinə görə daha yüksək enliklərdə gündüz saatları daha uzun olur. Bu dövrdə Şimal qütbünə yaxın bölgələrdə “gecə yarısı günəşi” yaşanır. Cənub yarımkürəsində ən uzun gün dekabrın 21-də yaşanır.
Mənbə: BBC News türkçe
Tərcümə etdi: Aynur Mikayılova
