Lids Universitetinin alimləri süni intellektdən istifadə edərək ən çox plastik çirklənməyə səbəb olan öıkələri müəyyənləşdiriblər. Məlum olub ki, 2020-ci ildə 52 milyon ton plastik tullantı torpağa qarışıb. Belə hallar da sağlamlıq üçün ciddi risk mənbəyidir.

127 ölkədə tədqiqatlar keçirilib. 500 şəhərdən alınan məlumatlara əsasən aydınlaşıb ki, hər il 400 milyon tondan çox plastik istehsal edilir. Bu istehsal edilən məhsulun 52 milyon tonu ya yandırılır, ya da açıq ərazilərə atılır. Bu da ekoloji çirklənməyə gətirib çıxarır. Bəs təbiətə, həmçinin ekologiyaya ən çox ziyan vuran ölkələr hansılardır? Sıralama belədir:
1.Hindistan - İldə 9.275.777 ton
2. Nigeriya - İldə 3.532.479 ton
3. İndoneziya - İldə 3.352.229 ton
4. Çin - İldə 2.808.179 ton
5. Pakistan - İldə 2.567.461 ton
6. Bangladeş - İldə 1.748.215 ton
7. Rusiya - İldə 1.702.453 ton
8. Braziliya - İldə 1.444.824 ton
9.Tailand - İldə 995.718 ton
10. Konqo Demokratik Respublikası - İldə 963.328 ton
Mənbə: NTV.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
