Bu gün:

Nəhəng daş abidə


İspaniyada Menqa dolmenlərinin tədqiqi təxminən 6000 il əvvəl istifadə edilən mürəkkəb tikinti texnikasını ortaya qoyur.

Misirdəki ən qədim daş tikililərdən biri olan Djoserin pilləli piramidası və İngiltərədəki simvolik Stounhenge qədim inşaatçıların bəzi görkəmli nailiyyətləri arasında seçilir. Ancaq hər ikisi tikilməzdən 1000 il əvvəl, indiki İspaniyada neolit insanları Stounhengedəki ən ağır meqalitdən təxminən beş dəfə artıq çəkisi olan 150 tonluq qapaq daşından ibarət nəhəng bir daş kamera tikiblər.

Eramızdan əvvəl 3600-3800-cü illər arasında olan, Menqa dolmen kimi tanınan bu tikili qədim Avropanın ən böyük meqalit abidələrindən biri idi. İndi "Science Advances" jurnalında dərc edilən təhlilə görə, o, qeyri-adi elmi anlayışla qurulub. Tədqiqatda iştirak etməyən London Universitet Kollecinin arxeoloqu Maykl Parker Pearson deyib: “Bu dolmeni qurmaq üçün tələb olunan mühəndislik bacarıqlarına həmişə heyran olmuşam. Bu məqalə ölçülər və açılar üçün fövqəladə bir nəzərlə bunun nə qədər dəqiq edilməsi lazım olduğunu göstərir. Belə böyük daşlarla, onları yerləşdirərkən səhv edə bilməzdilər." 

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et