Qədim Pictish qalasının yerində aparılan arxeoloji qazıntılar zamanı mərkəzində qırmızı daş olan nadir metal üzük tapılıb. Şotlandiyada bir könüllü Pictish qalasında ortasında qırmızı daş olan nadir 1000 illik üzük tapıb. Piktlər döymələri ilə tanınan qədim xalqlardan biri idi və buna görə də "Boyalı İnsanlar" kimi tanınırdı.

Təqaüdçü mühəndis və Şotlandiyanın Aberdin Universitetinin məzunu Con Ralf davam edən arxeoloji qazıntıda həvəslə iştirak edib. Qazıntıların son günündə Ralf Burghead qalanın xarabalıqları arasında bu “qeyri-adi” zərgərlik parçasını, uçurtma formalı üzüyü tapıb.
Bu tarixi Pictish qalası dənizə doğru uzanan bir torpaq parçası üzərində yerləşir. Bu ərazi indi 1800-cü illərdə tikilmiş və örtülmüş, qalanın arxeoloji qalıqlarının çoxunu məhv edən Burghead şəhərinin bir hissəsidir. Piktlər ("boya" mənasını verən latın sözündən olan "picti") bədənlərini döymələrlə örtən və Roma hakimiyyətinə müqavimət göstərən Şotlandiyanın erkən sakinləri idi. İlk dəfə Roma tarixçiləri tərəfindən təsvir edilən bu insanlar boş qəbilə konfederasiyaları şəklində təşkil edilmiş və onların mədəniyyəti təxminən 4-cü əsrdən 9-cu əsrlərə qədər davam etmişdir.
Bəzi sirli oyma simvollardan başqa, Piktlər heç bir yazılı dil buraxmadılar, buna görə də arxeoloqların tapdıqları heç nə Piktish cəmiyyətinə işıq sala bilməyib.
Arxeoloqlar tapılan metal halqanın ortasında qranat daşı və ya qırmızı şüşə parçası olduğunu müşahidə ediblər.
Aberdin Universitetinin arxeologiya professoru Gordon Noble deyir: "İndiyə qədər kəşf edilmiş çox az Pictish üzükləri var və bildiklərimizin əksəriyyəti təhlükəsizlik üçün torpağa basdırılmış kolleksiyalardan gəlir".
"Əlbəttə, bir zamanlar ev olan binanın döşəməsində belə bir şey tapacağımızı gözləmirdik".
Noble əlavə edir ki, komanda həmçinin ərazidə “metal emalına dair digər sübutlar” və bir neçə bina tapıb.
"Metal işlərinin yüksək statusda istehsal edildiyinə dair bu göstərici Burgheadin həqiqətən də Pictish dövründə mühüm bir güc mərkəzi olduğuna dair artan sübutlarına əlavə olunur".
Hal-hazırda üzük Şotlandiya Milli Muzeyində təhlil edilir.
"Biz indi üzüyü, binaların dəlillərini və digər artefaktları araşdıracağıq ki, üzüyün burada hazırlanıb-hazırlanmadığını və bu cür mühüm zərgərlik parçasının kimin üçün edildiyini qiymətləndirəcəyik",- deyə Noble bildirib.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
