Bu gün:

Konyada daha bir çuxur əmələ gəlib


Konyanın Qarapınar rayonunda diametri 100 metr, dərinliyi 10 metr olan yeni çuxur əmələ gəlib.

Mısırlı yaylasındakı çuğundur sahəsinin yanında əmələ gələn çuxur tarlada çalışan işçilər tərəfindən aşkarlanıb. Hadisə şahidləri çuxurun əmələ gəlməsi zamanı təyyarənin səsinə bənzər bir səs eşitdiklərini bildiriblər. Bölgədə yaşayanlar Misirli Yaylası ərazisində daha əvvəl də çoxlu çuxur əmələ gəldiyini və vəziyyətdən narahat olduqlarını bildiriblər. Həmin gün Konyanın Qarapınar rayonundakı Ekmekçi yaylasında təxminən 6 metr dərinlikdə və 25 metr diametrdə daha bir çuxur əmələ gəlib.

Mənbə: bilim tubitak
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et