
Gözəllik, sağlamlıq və ölümsüzlük rəmzi olan aloe vera 5 min ildir ki, müalicəvi məqsədlər üçün istifadə olunur. O, həmçinin dəriyə qulluq, saç baxımı və qida əlavələri daxil olmaqla losyon, gel, sabun və ya kosmetik məhsul kimi bazarda tapıla bilər.
Onun müalicəvi və sakitləşdirici xüsusiyyətlərinin olduğu deyilir.
Resept tələb etməyən, təbii yolla torpaqdan gələn, 96%-i sudan ibarət olan, evdə belə asanlıqla yetişdirilə bilən dərman bir olduğundan insanlar onu görüb təsirləndikdən sonra dadmaq istəyirlər.
Dəriyə qulluq mütəxəssisləri deyirlər ki, zanbaq ailəsinin üzvü olan aloe vera, ümumiyyətlə dəridə istifadə üçün təhlükəsizdir, lakin bu, hər kəs üçün keçərli olmaya bilər.
Beləliklə, aloe vera sizin üçün faydalı ola bilər, amma bu, digər insanlara necə təsir edir? Sosial mediada iddia edilənlərin əksinə olaraq, istifadəçilər istənilən effekti əldə etmək üçün aloe vera istifadə edərkən diqqətli olmalıdırlar.
Mənbə: haberturk.com
Tərcümə etdi: Səmayə Qədirova
