
Sentyabr bayramlar üçün ən sakit aylardan biridir. Buna görə də, hələ dəniz tətili keçirməyənlər və ya yay bitməmiş son dəfə üzmək istəyənlər üçün sentyabr həmişə ideal seçimdir.
Side
Antalyanın şərqində yerləşən Sidedə dənizin ən gözəl olduğu fəsil payızdır.
Fethiye
Fəthiyənin ən gözəl dövrü sentyabr ayı önə çıxır, ona görə də bu gözəl yer ilk tövsiyədir.
Datça
Payızın dadını çıxarmaq üçün ideal istirahət məkanlarından biri olan Datça isti havası, təmiz dənizi və sakit atmosferi ilə sentyabrın dadını çıxarmaq üçün çox gözəl məkandır. Datçaya getmək üçün Dalaman hava limanından avtomobil icarəyə götürə bilərsiniz.
Kəmər
Side Antalyada üzgüçülük üçün yeganə yer deyil. Başqa bir turizm şəhəri olan Kemer də yay aylarında Side kimi çox diqqət çəkir.
Ayvalıq
Növbəti tövsiyə daha sakit və dinc bir tətil təklif edən Ayvalıkdır.
Karaburun
Sentyabrda üzgüçülük üçün uyğun olan başqa bir variant isə İzmirin rayonlarından biri olan Karaburundur.
Qaş
Məşhur çimərlikləri ilə yay aylarında yerli və xarici turistlərin ən çox seçdiyi tətil məkanlarından biri olan Kaşda sentyabr ayında daha sakit və daha kefli bir tətil mümkündür.
Çeşmə
Dənizi sayəsində hər gün daha çox üstünlük verilən rayondur.
Marmaris
Mavi və yaşılın bir araya gəldiyi rayonlardan biri olan Marmaris, sentyabr ayında izdihamdan uzaq, sakit bir tətil üçün bənzərsiz bir məkandır.
Kuşadası
Aydının ən gözəl rayonlarından biri olan Kuşadası sentyabr ayında üzmək üçün unikal yerlərdən biridir. Rayon müxtəlif konseptlərdəki 5 ulduzlu otelləri ilə xoş istirahət etmək istəyənlər üçün mütləq tövsiyə olunur.
Bodrum
Hər fəsildə fərqli bir gözəlliyə sahib olan Bodrum, xüsusilə sentyabr ayında tətil edənlərin evlərinə qayıtmağa başladığı zaman sakit bir tətil məkanına çevrilir. Suyun hələ də isti və ətraf mühitin dinc olması Bodrumu sentyabr ayında unudulmaz edir. Ortakent Halk, Yalıkavak Halk, Bitez və Bardakçı Körfəz çimərlikləri dənizin keyfini çıxara biləcəyiniz ən gözəl yerlər sırasındadır.
Şile
İstanbulda yaşayanların dənizdə üzmək üçün üstünlük verdiyi Şilə, sentyabrın ilk yarısında da tez-tez seçilir. Su hələ tam soyuq olmadığı üçün üzməyi sevənlər Şiləyə gündəlik planlar qura bilərlər. Xüsusilə bu yay kifayət qədər üzə bilməyəcəyini düşünənlər Şileyə mütləq şans verməlidirlər.
Mənbə: Haberturk.com
Tərcümə etdi: Səmayə Qədirova
