
Xarici görünüşü sevimli saç yumağına bənzəsə də, flanel güvə tırtılı əslində təbiətin ən maraqlı və təhlükəli canlılarından biridir. Tropik bölgələrdə, xüsusilə Peruda yayılmış bu tırtıl təkamül prosesinin mükəmməl müdafiə mexanizmi ilə təchiz edilmişdir.
Megalopygidae fəsiləsinə aid olan Flanel güvəsi tüklü quruluşu və rəngli görünüşü ilə diqqət çəkir. Ancaq bu məsum görünüşün altında iti tikanlar gizlənir. Tırtıla toxunduqda bu tikanlar qırılır və içindəki zəhərli kimyəvi maddəni dərinizə yeridir.
Zəhər yüngül qaşınmadan şiddətli ağrıya, dəri qabarmasına, baş ağrısına və hətta nəfəs darlığına qədər hər şeyə səbəb ola bilər.
Zəhərin miqdarından asılı olaraq ciddi allergik reaksiyalar və hətta ölümlə nəticələnə bilər.
Bu sevimli görünüşlü məxluqla qarşılaşsanız, diqqətli olun və ona toxunmayın.
Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova
