Vandakı Ayanis qalasında aparılan qazıntılar zamanı Urartuların baş tanrısı Haldiyə həsr olunmuş üç tunc qalxan və tunc dəbilqə aşkar edilib.

Ayanis qalası Van gölünün şərq sahilində, paytaxt Tuşpadan 38 km aralıda, əvvəllər Ayanis, ancaq bu gün Ağartı kimi tanınan kəndin yaxınlığındakı qayalıq təpənin üzərində yerləşir. Urartu krallığının məlum olan son qalalarından biri olan Ayanisdə 1989-cu ildən bəri arxeoloji qazıntılar aparılır.
Ən toxunulmaz Urartu məbədlərindən biri olan Haldi məbədinin yerləşdiyi Ayanis qalası Urartuların sonuncu böyük kralı II tərəfindən tikilib. Yazılı sübutlar qalanın ömrünün təxminən 20-25 il olduğunu göstərir. Qala tikildikdən 20-25 il sonra zəlzələ nəticəsində yaranan yanğınlar nəticəsində dağılıb.
Qayalıq təpənin üzərində tikilmiş və divarlarla əhatə olunmuş qala təqribən 150x400 metr ərazini əhatə edir. Qalanın şərq qülləsinin qarşısında yerə yıxılmış vəziyyətdə tapılan tikinti kitabəsində qalanın Argiştinin oğlu Rusa (II Rusa) tərəfindən tikildiyi və adının “Süphan dağının qarşısındakı Rusa şəhəri” olduğu bildirilir.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
