Bu gün:

Epidemiya nədir?



Dünya və bəşəriyyət tarixi boyu insan həyatına təsir edən çoxlu hadisələr baş verib. Bunlar müharibələr, böhranlar və epidemiyalar kimi tanınır. Onların hər birinin insana mənfi təsirləri danılmaz hesab olunur. Bunlardan biri də bəşər tarixi boyu baş vermiş epidemiyalardır. Epidemiya nədir, tarixdəki epidemiyalar kimi məsələlər də çox maraq doğurur.

Epidemiya hər yerdə və hər hansı səbəbdən baş verən yoluxucu xəstəliyin müəyyən vaxt ərzində birdən çox insana keçməsidir. Epidemiyalar müəyyən və məhdud əraziyə təsir edən epidemik xəstəliklərdir. Əgər bu xəstəlik çox böyük yerlərə və dünyanın müxtəlif yerlərinə yayılırsa, buna pandemiya deyilir.

Epidemiyaların ümumi səbəbi ev sahibi orqanizmlərin populyasiyasında ümumi dəyişikliklər nəticəsində yeni patologiyaların yaranmasıdır. Nadir və ya yeni xəstəliklər kimi baş verən epidemiyaları epidemiya adlandırmaq olar. Ancaq soyuqdəymə kimi adi hallar epidemiya halları kimi elan edilmir.

Beləliklə, epidemiya müəyyən bir müddət ərzində gözləniləndən daha çox insana təsir etdikdə elan edilir. Pandemiya isə daha geniş bir əhalini təmsil etmək üçün istifadə olunur.

Tarixin ən böyük epidemiyası.

Bəşər tarixində bir çox epidemik xəstəliklər zamanla pandemiyaya çevrilib. Bununla belə, tarix boyu çoxlu epidemiyalar olmuşdur. Daha sonra, 1800-cü illərdə qrip epidemiyası olaraq ortaya çıxan bir çox qrip epidemiyaları var idi. Ancaq bunlar pandemiya həddinə çatmayıb.

Tarix boyu bir çox epidemik xəstəliklər ilk dəfə epidemiya adlansa da, zaman keçdikcə daha geniş ərazilərə yayıldığı üçün pandemiya elan edilmişdir. Onun pandemiyadan ən böyük fərqi pandemiyanın əvvəllər məlum olmayan bir xəstəlik kimi ortaya çıxmasıdır.

Mənbə: CNNturk

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et