Kopernik tərəfindən verilən açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu oldu.
2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb. Belə ki, bu yay qlobal miqyasda “ən isti yay” kimi xarakterizə edilib.
2024-cü ilin yayı həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün “ən isti yay” oldu.

Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı olsa da, İrlandiya və İngiltərənin şimal-qərb hissələrində, İslandiyada, Portuqaliyanın qərb sahillərində və Norveçin cənubunda orta səviyyədən aşağı idi.
Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.
Rusiyanın şərqində və Alyaskada, ABŞ-nin şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperatur orta səviyyədən aşağı qeydə alınıb.
2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
