Starliner kosmik gəmisinin ekipajsız Yerə qaytarılması başa çatıb. Kapsul ABŞ-ın Nyu-Meksiko səhrasına planlaşdırılan buraxılış tarixindən aylar sonra və iyunun əvvəlində orbitə buraxılarkən daşıdığı iki astronavt olmadan gəlib.
Kapsul Beynəlxalq Kosmik Stansiyada (BKS) dok limanını tərk edib və təxminən altı saatlıq səyahətdən sonra uğurla yerə enib.
Həm replika avadanlıqlarından istifadə edərək, həm də orbitdə həftələrlə sınaqdan keçirdikdən sonra NASA avqustun 24-də Starliner-in Yerə boş dönəcəyinə qərar verib və Wilmore və Williams bunun əvəzində SpaceX kapsulundan istifadə edərək 2025-ci ilin fevralında evə qayıdacaqlarını bildiriblər.
İki astronavtın 2025-ci ilin fevralında SpaceX-in Dragon kapsulu ilə qayıdacaqları açıqlanıb. Astronavtlar qapalı vəziyyətdə Boeing mühəndisləri kapsulun insansız yerə qayıda bilməsi üçün yeni proqram təminatı hazırlayıblar.
Starliner-in 28 manevr itələyicisindən beşinin Kosmik Stansiyaya bağlanması zamanı uğursuz olduğu açıqlanıb.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
