Almaniyanın Arnştadt şəhərindəki hava limanından havaya qalxmağa çalışan təyyarə uçuş-enmə zolağında olan kirpiyə görə havaya qalxa bilməyib. Bu barədə Bild məlumat yayıb.

Nəşrin yazdığına görə, B&F FK 9 ultra yüngül təyyarə yanacaq doldurduqdan sonra uçuş-enmə zolağına çıxanda, pilotların dediyi kimi, “yemək axtarmaqla məşğul olan və təyyarəmizə yer vermək istəməyən” tikanlı heyvanla qarşılaşıb.
Cəmi yarım saatdan sonra insanlar inadkar kirpini yaxınlıqdakı çəmənliyə getdiyini müşayiət ediblər.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
