Bu gün:

Aura nədir?



Ruhani inanclar kontekstində aura və ya enerji sahəsi insan bədənini və ya hər hansı heyvan obyektini əhatə etdiyi deyilən rəngli emanasiyaya aiddir. Bəzi ezoterik mövqelərdə aura incə bir bədən kimi təsvir edilə bilər. Vahid tibbi praktikalar tez-tez auranın ölçüsünü, rəngini və vibrasiya növünü görmək qabiliyyətinə malik olduqlarını söyləyirlər.

Aura bütün varlıqlar üçün istifadə olunan ümumi bir anlayışdır. İnsan bədənini əhatə edən və özünəməxsus rəng ifadə edən elektromaqnit hissəsi aura adlanır. Aura bədəndən təxminən 24 santimetr kənarda yerləşir. Auranın güclü və ya zəif olması da bəzi vəziyyətlərə gətirib çıxarır. Bundan əlavə, bədən üçün bir qalxan kimi fəaliyyət göstərir.

Aura ağ işığı udmaq qabiliyyətinə malikdir. Arua iki növdən ibarətdir. Mənəvi və Enerjik daxil olmaqla iki yerə bölünür. İnsanlar eterik auranı görə bilirlər. “Auranın rəngini gördüm və ya tapdım” kimi ifadələr eterik auranın əks olunmasından qaynaqlanır. Mənəvi aura əsasən daxildə baş verən emosional və psixoloji inkişafları əhatə edir.

Aurasının olması nə deməkdir?

İnsan auranı özü görməyə bilər, ancaq kənardan başqa biri onu görə bilər. Onun aurası olduğunu söyləmək üçün əvvəlcə auranı görmək lazımdır. Auranı görmək üçün bir üsul tələb olunur. Bu proses zəif işıqlı otağa gedib rahat yerdə oturaraq həyata keçirilə bilər.

Yüksək aura nə deməkdir?

Auraları güclü və ya zəif olan insanlar var. Zəif insanlar asanlıqla xəstələnə bilər. Onlar mənfi hallardan çox təsirlənirlər. Güclü aurası olan insanlar, başqa sözlə desək, aurası yüksək olan insanlar çətin xəstələnirlər və neqativ hallara müsbət reaksiya verirlər.

Mənbə:cnnturk

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et