Bu gün:

3000 illik Misir timsahının son yeməyini aşkar edilib


Qədim Misirdə timsahlar Sobek tanrısı və Nil çayının illik daşqınları, əkin sahələrinə su və qida maddələri verilməsi kimi təbiət hadisələri ilə əlaqələndirilirdi. Bu səbəbdən timsahlar tez-tez mumiyalanır və Sobekə təqdim olunurdu.


Müqəddəs sayılan bu heyvanlar vəhşi təbiətdən tutularaq təbii ölənə qədər diri saxlanılırdı.

Lakin timsahlar böyüdükcə onlara nəzarət etmək çətinləşdiyindən, böyük nümunələrin tutulduğu anda tez öldürüldüyü və mumiyalandığı düşünülür.

Birmingem Muzeyi və İncəsənət Qalereyasında timsah mumiyası üzərində işləyən komanda bu qədim heyvanın həyatının son anları haqqında yeni məlumatlar əldə edib:

Kompüter tomoqrafiyası (KT) vasitəsilə aparılan müayinələr zamanı timsahın həzm sistemində "qastrolit" kimi tanınan kiçik daşlar aşkar edilib. Timsahlar qidalarını daha yaxşı həzm etmək və üzgüçülük tarazlığını qorumaq üçün belə daşları udurlar. Kəşf onu da göstərir ki, balzamçılar parçalanmağı gecikdirmək üçün daxili orqanları çıxarmayıblar.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et