Bu gün:

240 milyon illik tısbağa fosilində xərçəng aşkarlanıb


Xərçəng nəzarətsiz hüceyrə bölünməsi kimi tanınır. Fosillərdə görülən xərçəng izləri ümumiyyətlə bədxassəli neoplaziya (bədxassəli şiş) kimi vəziyyətləri göstərir. Bu cür izlər dinozavr qalıqlarında və mumiyalarda da tapılıb, lakin fosil qeydlərində olduqca nadirdir.


240 milyon il əvvələ aid "Pappochelys rosinae" adlı ilk tısbağada sümük xərçəngi aşkar edilib. JAMA Oncology-də dərc edilən araşdırmada tısbağanın bud sümüyündə periosteal osteosarkoma olduğu müəyyən edilib.

Bu xərçəng növü sümüyün periost təbəqəsindən əmələ gəlir, xaricə doğru böyüyür və yetişməmiş sümük strukturları əmələ gətirir. Fosil qeydlərində nadir rast gəlinən bu tapıntı xərçəngin qədim zamanlarda belə mövcud olduğunu göstərir. Tısbağanın başqa xərçəng növlərinin olub-olmadığı və ya yumşaq toxuması qorunmadığı üçün metastazın olub-olmadığı aydın deyildi.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et