İqlim böhranı ilə mübarizədə meşələrin mühafizəsi böyük əhəmiyyət kəsb edir. Lakin “dəniz meşələri”, yəni dəniz yosunları və makroyosunlar bu mübarizədə daha mühüm rol oynayır.

Quru bitkiləri kimi fotosintez yolu ilə karbon tutan dəniz bitkiləri dünyadakı oksigenin 70%-ni istehsal edir. Lakin quru bitkilərindən fərqli olaraq, dəniz bitkiləri öldükləri zaman karbonu yenidən atmosferə buraxmaqdan qaça bilirlər.
Makroyosunlar dəniz səthində üzərkən uzun məsafələr qət edir və sonra oksigenin az olduğu dərin dənizlərə bataraq karbonu orada saxlayır. Bu proses karbon dövranını qarşısını alır, karbonu illərlə dənizin dərinliklərində saxlayır.
Araşdırmalara görə, bu dəniz bitkiləri hər il dənizlərin dərinliklərində təxminən 200 milyon ton karbon tutur ki, bu da Nyu-York əyalətinin bir ildə karbon emissiyasından çoxdur!
Buna görə də dəniz meşələrinin qorunması və davamlı şəkildə idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə həyati əhəmiyyət kəsb edir.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
