Alimlər, əvvəllər təxminən bir milyard ildir vulkanik aktiv olmadığı düşünülən Ayın, dinozavrların yer üzündə yaşayarkən vulkanik fəaliyyət göstərdiyini müəyyən ediblər. Təxminən 4 il əvvəl "Chang'e 5 Spaceship " tərəfindən Aydan toplanan nümunələri araşdıran tədqiqatçılar nümunələrdə təxminən 120 milyon il əvvəl əmələ gələn şüşə parçaları tapıblar.
Tədqiqatçılar Yerə gələn nümunələrdən 4-də tapılan təxminən 3 min şüşə nümunəsini araşdırıb və nümunələrdə yüksək səviyyədə torium da müşahidə ediblər.

Tədqiqatçılar nümunələrin kükürd izotopları və kimyəvi quruluşlarına görə vulkanik şüşə olduğunu ifadə edərək, bu nümunələrin Apollon missiyasının gətirdiyi nümunələrdəki vulkanik şüşələrə bənzər elementar quruluşa sahib olduğunu əlavə ediblər.
Bu nümunələrin 4,6 milyard il yaşı olan Ayda 120 milyon il əvvəl vulkanik fəaliyyət olduğunu göstərdiyini bildirən tədqiqatçılar, bu tapıntının Ayın varlığının böyük bir hissəsinin vulkanik aktiv olduğunu göstərdiyini qeyd ediblər.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
