Bu gün:

Dünyanın ikinci ən böyük almazı tapılıb


Afrika ölkəsi Botsvanada fəaliyyət göstərən Kanadanın Lucara Diamond şirkətinə məxsus mədəndə dünyanın ikinci ən böyük almazı tapılıb. Almaz 2 min 492 karatlıq daş kimi çıxarılıb. 1905-ci ildə Cənubi Afrikada tapılan 3106 karatlıq Cullinan almazı tarixdə ən böyük almaz kimi qeydə alınıb. Doqquz ayrı daşa kəsilmiş brilyantların çoxu Britaniya tac cəvahiratındadır.

Ən son almaz Botsvananın paytaxtı Qaboronedən təxminən 500 km şimalda yerləşən Karowe mədənində tapılıb. Botsvana hökuməti bunun Afrika ölkəsində indiyə qədər aşkar edilmiş ən böyük almaz olduğunu açıqlayıb. Bu daş fransız moda brendi Louis Vuitton tərəfindən açıqlanmayan bir məbləğə alınıb.

Botsvana dünyanın ən böyük almaz istehsalçılarından biridir. Afrikanın cənubunda yerləşən ölkə qlobal istehsalın təxminən 20 faizini istehsal edir.

Ölkədə fəaliyyət göstərən Kanada şirkəti Lucara bu daşın “indiyə qədər aşkar edilmiş ən böyük almazlardan biri” olduğunu bildirib. Lamb, almazın rentgen texnologiyasından istifadə edilərək aşkar edildiyini söylədi. Bu texnologiya 2017-ci ildən yüksək qiymətli almazları qırmadan çıxarmaq üçün istifadə olunur.Şirkət daşın keyfiyyəti və ya dəyəri barədə məlumat verməyib. Ancaq İngiltərənin Financial Times qəzetində çıxan xəbərdə Lukaraya yaxın olan adı açıqlanmayan şəxslər daşın dəyərinin 40 milyon dollardan çox ola biləcəyini bildiriblər.

Mənbə: BBC ews türkçe     

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et