Bu gün:

Asqırmaq təkcə insanlara xasdırmı?


Nəfəs alarkən toz hissəcikləri və yad hissəciklər buruna daxil olur. Qaşıntı hissi ilə birlikdə güclü hava axını ilə xaric edilir. Beləliklə, arzuolunmaz toz hissəcikləri mucus vasitəsilə burundan xaric olur.

Beləliklə, asqırmaq təkcə insanlara xasdırmı?

Asqırmaq insanlara xas deyil. Üstəlik, canlılar tənəffüs formalarına görə fərqli asqırırlar. Hətta dəniz süngərləri də bizim kimi selik ifraz edərək asqırırlar. Asqıran süngərlər maraqlı deyilmi?

Dəniz süngərlərini araşdıran araşdırmada onların da asqıra bildiyi müşahidə edilib. Tədqiqatçı De Goeij: "Açıq deyək, süngərlər insanlar kimi asqıra bilməz." Bu asqırmanın təxminən yarım saat davam etdiyini izah etdi.

Dəniz süngərləri beyni olmayan ən primitiv canlılardan biridir. Bu canlılar, əsasən, hərəkətsizdir və dənizdə olan plankton və bakteriyaları süzərək qidalanırlar. Qidalanma zamanı istənməyən qum və digər həzm olunmayan maddələr süngəri doldurur. Dəniz süngəri yavaş-yavaş büzülür və bu maddələri seliklə birlikdə xaric edir. Bu ifraz olunan maddələr dəniz süngərinin selikliliyi sayəsində ətrafdakı kiçik canlılar tərəfindən yeməli olur.


Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et